PSJ tələsir, Mbappe düşünür, “Real” gözləyir

PSJ-nin hücumçusu Kilian Mbappenin gələcəyi ilə bağlı məsələ avqust ayına qədər həll olunmayacaq.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, bu vəziyyətdə vaxt yalnız PSJ-nin əleyhinə işləyir. Paris klubu Mbappe ilə müqaviləni uzatmağa tələsir. Futbolçunun transferində maraqlı olan “Real” isə hazırda uzaq durmağa çalışır və Mbappe ilə birbaşa münasibət saxlamır.

Mbappe “Real”ın 2023/24 mövsümü üçün planlarında yoxdur. Klub hazırkı vəziyyəti sakitliklə qiymətləndirir, çünki hazırda problemin onlara aidiyyatı olmadığını başa düşürlər.

Üstəlik, “Real”da hesab edirlər ki, Mbappenin transferi ilə bağlı avqust ayına qədər heç bir qərar olmayacaq. Çünki indi hər şey PSJ ilə oyunçu arasında onun gediş şərtləri ilə bağlı razılaşmadan asılıdır.

Məlumatda qeyd olunur ki, Mbappenin qiyməti hər gün ucuzlaşır. Çünki futbolçu müqaviləsini 2025-ci ilə qədər uzatmaqdan imtina edərsə, PSJ bu yay onu satmaq məcburiyyətində qalacaq.

Mbappe bazar ertəsi PSJ ilə məşqlərə başlayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button