PSJ tezliklə onu təqdim edəcək

İspaniyalı mütəxəssis Luis Enrike tezliklə PSJ-nin baş məşqçisi olacaq.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, tərəflər müqavilənin bütün bəndləri ilə bağlı tam razılıq əldə ediblər. Paris klubu tezliklə onu ictimaiyyətə təqdim edəcək.

Enrikenin sonuncu iş yeri İspaniya yığması olub. Onun rəhbərliyi altında Mərakeş millisinə oyunsonrası penaltilərdə uduzan “buğalar” DÇ-2022-də mübarizəni dayandırmışdı. Bu səbəbdən, Enrikenin milli komanda ilə yolları ayrılıb.

PSJ 2022/23 mövsümünü Fransa çempionu kimi başa vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button