PSJ “Real”la müqaviləni yeniləməməyi xahiş edib – braziliyalıdan

PSJ “Real”ın futbolçusu Vinisius Juniordan Madrid klubu ilə müqaviləsini yeniləməməyi və Paris təmsilçisinə keçməyi düşünməsini istəyib.

Komanda.az xəbər verir ki, “Marca”nın məlumatına görə, Paris klubu cinah oyunçusu ilə PSJ-yə keçmək üçün danışmağa çalışıb. Noyabr-mart ayları arasında PSJ-nin nümayəndələri 21 yaşlı braziliyalı oyunçu ilə dəfələrlə əlaqə saxlayıblar.

Futbolçu tezliklə Madrid klubu ilə müqaviləni 2026-cı ilə qədər uzadacaq.

Vinisius ötən mövsüm “Real”ın heyətində bütün turnirlərdə 52 matçda 22 qol vurub və 16 məhsuldar ötürmə edib. Onun Madrid klubu ilə müqaviləsi 30 iyun 2024-cü ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button