PSJ rəhbərliyinin qərarı futbolçuları təəccübləndirib
Kilian Mbappenin Yaponiya turu üçün heyətdən kənarlaşdırılması PSJ futbolçularını təəccübləndirib.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, PSJ-nin futbolçuları klub rəhbərliyinin verdiyi qərara təəccüblənib. Buna baxmayaraq, komandada yaxşı ab-hava var.
Xatırladaq ki, Mbappe müqavilənin bir il müddətinə uzadılması variantını aktivləşdirməkdən imtina etdiyinə görə PSJ onu mövsümöncəsi hazırlıq turu üçün heyətdən kənarlaşdırıb. Futbolçu Fransada qalıb.
Mbappenin iyulun 31-dək müqaviləsini yenilənmək imkanı var. Bu baş verməsə, o, avqustun 1-də transferə çıxarılacaq.
Fransalı hücumçuya “Real”, “Çelsi” və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubları maraq göstərir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin