PSJ-nin Messiylə bağlı qərarı

PSJ argentinalı futbolçusu Lionel Messi ilə müqavilənin müddətini daha bir il uzada bilər.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, Paris təmsilçisinin rəhbərliyi bu barədə 35 yaşlı hücumçunun nümayəndələrini məlumatlandırıb.

Argentinalı hücumçu PSJ-dəki gələcəyi ilə bağlı qərarı bu il Qətərdə keçiriləcək dünya çempionatından sonra verəcək.

Messinin Paris klubuyla hazırkı müqaviləsi 2023-cü ildə başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button