PSJ 7 milyon avro təzminat ödəyəcək
Fransanın PSJ klubu istefaya göndərdiyi deyilən Tomas Tuxelə təzminat ödəyəcək.
Komanda.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Məlumata görə, Paris klubu Tuxelə və məşqçilər heyətinə 7 milyon avro ödəməli olacaq. Buna səbəb klubun müqavilənin bitməsindən əvvəl alman mütəxəssisi istefaya göndərməsidir.
2018-ci ildən PSJ-ni çalışdıran Tuxelin müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulmuşdu. Klub Tuxelin istefaya göndərilməsi ilə bağlı rəsmi açıqlama verməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin