PSJ-nin ilk qolunun müəllifi vəfat etdi

PSJ-nin sabiq futbolçusu Bernar Qinedu vəfat edib.

Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə, Qinedunun 73 yaşında vəfat etdiyi bildirilib.

Qinedu, PSJ-nin klub tarixindəki ilk qolunun müəllifidir. Mərhum yarımmüdafiəçi 1970-ci il, avqustun 23-də PSJ-nin “Poiters”ə qarşı keçirdiyi oyunda komandasının yeganə qolunun müəllifi olub – 1:1.

PSJ klubunun əsası 1970-ci ildə qoyulub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button