PSJ-nin müdafiəçisi Premyer Liqa klubuna keçir

Fransanın PSJ klubunun futbolçusu Stenli Nsoki karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Komanda.az “RMS Sport”a istinadən xəbər verir ki, 20 yaşlı müdafiəçi “Nyukasl”ın hədəfindədir. Artıq klublar arasında ilkin razılığın əldə olunduğu və futbolçu ilə müqavilənin şərtləri üçün danışıqların başlandığı bildirilir. İngiltərə təmsilçisi bu transfer üçün Paris klubuna 11 milyon avro ödəyəcək.

Nsokinin PSJ ilə hazırkı müqaviləsi 2021-ci ilədək nəzərdə tutulub. Paris klubunun yetirməsi olan futbolçu, son mövsümdə Liqa 1-də 12 matçda iştirak edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button