PSJ-nin Messiyə təklifinin detalları

PSJ rəhbərliyi hücumçu Lionel Messini heyətində saxlamaq istəyir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, parislilər argentinalıya 1+1 şərti ilə illik 100 milyon avro maaşla yeni müqavilə təklif etməyə hazırdır.

Messinin PSJ ilə hazırkı müqaviləsi cari mövsümün sonuna qədərdir.

Daha əvvəl onun karyerasını davam etdirmək üçün ən çox ehtimal olunan variantların “Barselona” və Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubu olduğu bildirilirdi.

35 yaşlı argentinalı forvard bu mövsüm klubda bütün turnirlərdə 39 oyuna çıxıb, 20 qol vurub və 20 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button