PSJ-nin hücumçusuna daha bir təklif – bu dəfə ABŞ-dan
Fransanın PSJ klubunun hücumçusu Edinson Kavani karyerasını ABŞ-da davam etdirə bilər.
Komanda.az İngiltərə mətbuatına istinadən xəbər verir ki, Kavani, sabiq futbolçu Devid Bekhemin sahibi olduğu “İnter Mayami” klubunun əsas hədəfidir. Ulduz futbolçuları komandasının heyətinə cəlb etmək niyyətində olan Bekhem də bu xəbəri təsdiqləyib. ABŞ klubunun tezliklə Kavani ilə danışıqlara başlayacağı gözlənilir.
PSJ ilə müqaviləsi cari mövsümün sonunda bitəcək uruqvaylı futbolçu, “Atletiko”, “Mançester Yunayted”, “İnter”, “Yuventus” kimi klubların maraq dairəsindədir.
Kavani 2013-cü ildən Paris klubunun şərəfini qoruyur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin