Parisdə son mövsüm
PSJ-nin hücumçusu Kilian Mbappe klubdakı gələcəyiylə bağlı qərarını verib.
Komanda.az xəbər verir ki, 22 yaşlı futbolçu Paris təmsilçisi ilə yeni müqavilə imzalamayacaq. Bu barədə “Le Parisien” nəşri məlumat yayıb. Mbappe klubla yeni sözləşmə imzalamasa da, bu yay PSJ-ni tərk etməyəcək.
Mbappe yeni mövsümü Fransada keçirəcək və daha sonra klubunu dəyişəcək.
Fransalı hücumçunun PSJ ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin