PSJ-nin futbolçusunun evi qarət olunub
PSJ-nin qapıçısı Aleksandr Letelyenin evi qarət edilib.
Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, hadisə zamanı futbolçu və ailəsi evdə olublar. Dörd nəfər qarətçi gecə saatlarında evə daxil olub, Letelye və ailəsini bıçaqla hədələyib. Onlar qızıl, zinət əşyaları və pul tələb ediblər.
Cinayətkarlar qapıçının həyat yoldaşını yaralayıblar. Letelyenin ailə üzvlərindən biri polisə zəng etməyi bacarıb. Nəticədə, qarətçilərdən üçü həbs edilib. Saxlanılanlardan ikisinin yetkinlik yaşına çatmayan olduğu üzə çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin