PSJ Ramosun son durumu ilə bağlı məlumat yaydı
PSJ-nin futbolçusu Serxio Ramos növbəti həftədən komandayla məşqlərə qoşulacaq.
Komanda.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Xəbərdə, ispan müdafiəçinin hazırda fərdi məşq etdiyi, növbəti həftədən isə komandaya qoşulacağı bildirilib.
Ramos hələ hazır olmadığı üçün Liqa 1-də “Monako”ya qarşı keçiriləcək matçı buraxacaq.
Dekabrın 12-də keçiriləcək PSJ – Monako matçı saat 23:45-də başlayacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin