PSJ-nin futbolçusu depressiyaya düşüb: Yatmır, ölü kimi davranır
PSJ-nin futbolçusu Anxel Di Mariya depressiyadan əziyyət çəkir.
Komanda.az xəbər verir ki, bu barədə Paris klubunun həkimi “Le Parisien” nəşrinə açıqlamasında deyib. O, Di Mariyanın yuxusuzluq və depressiyadan əziyyət çəkdiyini bildirib. Argentinalı futbolçunun həyat yoldaşı da qohumlarına Di Mariyanın ölü kimi davrandığını deyib.
32 yaşlı yarımmüdafiəçinin nə üçün belə olduğunun səbəbi tam bilinmir. Fransa mətbuatı Di Mariyanın Liqa 1-də mövsüm erkən bitdiyindən və futbolsuz qalmaqdan bu vəziyyətə düşdüyünü iddia edir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin