“Neymarın pis oyunundan narahat deyiləm” – Tuxel
PSJ-nin baş məşqçisi Tomas Tuxel Fransa Liqa 1-in 14-cü turunda “Lill”i məğlub etdikləri oyundan (2:0) sonra fikirlərini bildirib.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, Tuxel, Neymarın performansından da danışıb:
“Neymarın pis oyunundan narahat deyiləm. Normal bir haldır. 6 həftə məşqlərə çıxmadı. Bu səbəbdən, ondan gözləntilərim indiki halda yüksək deyil. Neymarın hazırda vaxt problemi var, ancaq düzələcək”.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin