PSJ Neymarı icarəyə verməyə hazırdır

PSJ-nin hücumçusu Neymar yay transfer pəncərəsi zamanı komandanı tərk edə bilər.

Komanda.az “Ekip” nəşrinə istinadən xəbər verir ki, 31 yaşlı braziliyalı futbolçu özü də Fransa klubundan ayrılmaq istəyir.

PSJ Neymarı icarəyə buraxmağa hazırdır.

Neymar 2017-ci ildən parislilərin şərəfini qoruyur. O, bu mövsüm komandanın heyətində 29 oyuna çıxıb, 18 qol vurub və 17 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button