PSJ Neymardan qurtulmaq istəyir

PSJ bu yay hücumçusu Neymarı satmaq istəyir.

Komanda.az “Le Parisien”-ə istinadən xəbər verir ki, Paris klubu braziliyalının yayda yeni komandaya keçərkən tibbi müayinədən uğurla keçməyəcəyindən ehtiyat edir. Son aylarda Neymarın İngiltərə Premyer Liqasına keçə biləcəyi haqda məlumatlar var. Amma onun fiziki vəziyyəti ilə bağlı problem keçidinə mane ola bilər.

Bildirilir ki, PSJ-nin idman direktoru Luis Kampos Neymarın gedişində israrlıdır. Həmçinin, klub rəhbərliyi öz layihəsini bütünlüklə fransalı hücumçu Kilian Mbappenin ətrafında cəmləşdirmək istəyir.

“The Athletic”-ə görə, Neymarın özü Paris klubundan ayrılmaq istəmir və karyerasının qalan illərini Fransanın paytaxtında keçirməkdə maraqlıdır.

Onun klubla müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.

31 yaşlı futbolçu fevralın 19-da, “Lill”lə oyunda topuq biləyindən zədə alıb və Dohada əməliyyat olunub. Neymar hazırda reabilitasiya prosesi keçir və mövsümün sonuna kimi PSJ-yə qayıtması gözlənilmir.

O, ümumilikdə cari mövsümdə Liqa 1-də 20 matça çıxıb, 13 qol və 11 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button