Messiyə yeni müqavilə təklif olunacaq

PSJ rəhbərliyi hücumçu Lionel Messinin nəticələrindən razı qalıb.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris klubu argentinalıya yeni – iki illik müqavilə təklif etməyə hazırdır. PSJ-nin idman direktoru Luis Kampos Messinin komandada oynamağa davam etməsini istəyir. Messi uğurlu çıxışını davam etdirərsə, Qətərdəki dünya çempionatından sonra rəsmi danışıqlar başlaya bilər.

Messi bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 9 oyunda 4 qol vurub və 7 məhsuldar ötürmə edib. 35 yaşlı futbolçunun klubla hazırkı müqaviləsi 2023-cü ilin iyununda başa çatır.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button