PSJ Mbappeni Yaponiyaya aparmadı
PSJ hücumçu Kilian Mbappenin “Real”a keçməklə bağlı İspaniya təmsilçisi ilə razılıq əldə etdiyinə əmindir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı forvard Liqa 1 klubu ilə müqaviləsinin uzadılması və ya “kral klubu”na transferi ilə bağlı iyulun 15-dək yekun fikrini bildirmədiyi üçün PSJ-nin Yaponiyada baş tutacaq mövsümöncəsi hazırlıq turnirindən kənarda qalıb.
Mbappenin paytaxt klubu ilə hazırkı müqaviləsi 2024-cü ilin yayına qədər nəzərdə tutulub. “Transfermarkt” portalı forvardın bazar dəyərini 180 milyon avro qiymətləndirir.
Fransa millisinin üzvü 2017-ci ildən PSJ-də forma geyinir. O, 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla 43 oyuna çıxıb, 41 qol vurub və 10 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin