PSJ 16 yaşlı futbolçu üçün 200 milyon avro ödəməyə hazırdır
PSJ 16 yaşlı cinah oyunçusu Lamin Yamal üçün “Barselona”ya 200 milyon avro təklif etməyə hazırdır.
Komanda.az xəbər verir ki, bu barədə “Marca” nəşri məlumat yayıb.
Parislilər Yamalda bu yay PSJ-dən ayrılaraq “Rea”al keçmək ehtimalı yüksək olan hücumçu Kilian Mbappeni uzunmüddətli əvəzedici potensialını görür. Yamalın maraqlarını təmsil edən futbol agenti Jorje Mendeş bu həftə “Barselona”nın prezidenti Xuan Laporta ilə görüşüb, transferin mümkünlüyünü müzakirə edib.
“Barselona”nın Yamalın satılmasının əleyhinə olduğu, klubun gələcəyini onda gördüyü vurğulanır.
Yamal bu mövsüm bütün turnirlərdə 37 matçda iştirak edib, 6 qol vurub və 7 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Bizi Facebook-da izləyin