PSJ-də itki: 4-5 həftə olmayacaq
PSJ klubu itkiylə üzləşib.
Komanda.az xəbər verir ki, Paris təmsilçisinin müdafiəçisi Kolin Daqba sıradan çıxıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Fransa kubokunun “Pau” ilə matçında (2:0) zədələnən Daqba, 4-5 həftə yaşıl meydanlardan uzaq qalacaq.
2018-ci ilin yayından PSJ-nin əsas komandasında çıxış edən 21 yaşlı müdafiəçi bu mövsüm 15 matça çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin