PSJ ilə Tuxel arasında fikir ayrılığı

PSJ-nin baş məşqçisi Tomas Tuxellə yeni müqavilə imzalamaq istədiyini xəbər vermişdik.

Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, 45 yaşlı mütəxəssislə 2021-ci ilədək nəzərdə tutulan müqavilə ilə bağlı razılığa gələn Paris təmsilçisinin bu istəyi hələ də rəsmiləşməyib. Buna səbəb isə PSJ-nin transfer siyasətdir. Belə ki, alman mütəxəssis futbolçuların transferində və satışında daha çox səlahiyyət tələb edib. Bu da tərəflər arasında fikir ayrılığına səbəb olub.

2018-ci ildə komandanın “sükanı arxasına” keçən Tuxel, klubla 2020-ci ilədək müqavilə bağlamışdı. Onun rəhbərliyi altında bu mövsüm Çempionlar Liqasında “Mançester Yunayted”ə məğlub olaraq, 1/8 final mərhələsində mübarizəni dayandıran parislilər, Liqa 1-də liderdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button