“PSJ heç vaxt Messi qədər böyük olmayacaq”
Argentinalı jurnalist Qaston Rekondo PSJ-nin hücumçusu Lionel Messi ilə azarkeşlər və klub rəhbərliyi arasında yaranmış vəziyyətlə bağlı yazı yazıb.
Komanda.az xəbər verir ki, “TyC Sports”-un jurnalisti həmyerlisini müdafiə edərək bildirib ki, Paris klubu heç vaxt öz futbolçusu qədər böyük olmayacaq.
“Messi insanların çoxunda olmayan “qızıl top”lara sahibdir. Bir az kobud oldumsa, üzr istəyirəm, amma bütün həyatını başqalarına hörmət üzərində qurmuş bir insana qarşı hörmətsizliyə artıq dözməyənlərdənəm. PSJ bir gün Çempionlar Liqasını qazana bilər. Bu, gec-tez baş verə bilər. Amma PSJ heç vaxt Lionel Messi qədər böyük olmayacaq və bu, onun ömrünün sonuna qədər də belə olacaq. Bədbəxtliklərinizlə qalın. Siz heç vaxt hər şeyin ən yaxşısına layiq deyildiz”.
Argentinalı futbolçu bu yay müqaviləsi bitdikdən sonra PSJ-də qalmayacaq. Onun klubdakı gələcəyi onsuz da qeyri-müəyyən idi və Səudiyyə Ərəbistanına icazəsiz səfəri iki həftəlik PSJ-nin məşqlərindən uzaqlaşdırılmasına səbəb olub. PSJ Messi ilə müqaviləni uzatma variantını aktivləşdirməyin mənasız olduğuna inanıb.
Bizi Facebook-da izləyin