Mbappeyə 5 illik təklif

PSJ futbolçusu Kilian Mbappeyə yeni müqavilə təklif etməyə hazırlaşır.

Komanda.az xəbər verir ki, Paris təmsilçisi 21 yaşlı hücumçuya müddəti 5 illik olan sözləşmə təklif edəcək. Bu barədə Fransa mətbuatı məlumat yayıb. Xəbərdə, Mbappenin yeni müqavilə ilə illik 32 milyon avro qazanacağı bildirilir.

Bu mövsüm 19 oyunda 18 qol vuran Mbappenin PSJ ilə müqaviləsi 2022-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button