PSJ Mbappe üçün 250 milyon avro tələb edir – “Real” isə…

PSJ hücumçusu Kilian Mbappe üçün 250 milyon avroya yaxın transfer məbləği tələb edir.

Komanda.az “Marca”-ya istinadən xəbər verir ki, hücumçunun anası və agenti Faiza Lamari Mbappe ilə maraqlanan “Real”ın menecerlərinə parislilərin tələb etdiyi məbləğ barədə məlumat verib.

“Kral klubu” transfer məbləğini aşağı salmaq niyyətindədir.

Madrid təmsilçisi Mbappe ilə müqaviləni gələn yaya qədər təxirə salmaq barədə qərar verə bilər. PSJ başa düşür ki, Mbappenin Yaponiyaya mövsümöncəsi tur üçün heyətə daxil edilməməsi qərarının ona heç bir təsiri olmayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button