Toni Kroosa inanılmaz təklif
“Real”ın yarımmüdafiəçisi Toni Kroos karyerasını Fransada davam etdirə bilər.
Komanda.az “El Nacional”-a istinadən xəbər verir ki, PSJ 32 yaşlı almaniyalını 2023-cü ilin yayında pulsuz transfer etməyi planlaşdırır. Kroosun “Real”la müqaviləsi mövsümün sonunda başa çatır.
Mənbənin məlumatına görə, PSJ Kroosa 3 illik müqaviləyə görə 25 milyon, imza bonusu da olaraq 100 milyon avro təklif edir.
Kroos 2014-cü ilin yayında “Bayern”dən “Real”a keçib. O, bu mövsüm 18 oyunda 1 qol vurub və 4 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin