Luis Enrike Donnarummadan narazıdır
PSJ-nin baş məşqçisi Luis Enrike komandanın qapıçısı Canluici Donnarummanın çıxışından narazıdır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis öz namizədi ilə komandanın qapı xəttini gücləndirməyi təklif edib. Enrike “Atletik”in (Bilbao) qolkiperi Unai Simonu heyətə qatmaq istəyir.
26 yaşlı futbolçunun İspaniya klubu ilə müqaviləsi gələn ilin ortalarına qədərdir. O, bu mövsüm 29 görüşdə iştirak edib, 26 qol buraxıb, 15 dəfə qapısını toxunulmaz saxlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin