PSJ-dən Tuxel qərarı
Fransanın PSJ klubu baş məşqçi Tomas Tuxellə müqavilənin müddətini uzatmaq niyyətindədir.
Komanda.az Fransa mətbuatına istinadən xəbər verir ki, Paris klubunun rəhbərliyi 45 yaşlı mütəxəssislə müqavilənin müddətini daha bir il uzatmaq istəyir. Komandanın Çempionlar Liqasında “Mançester Yunayted”ə məğlub olaraq mübarizəni dayandırmasına baxmayaraq, rəhbərlik ümumi nəticələrdən razıdır.
2018-ci ildən PSJ-ni çalışdıran alman mütəxəssis, Fransa təmsilçisi ilə 2020-ci ilədək müqavilə imzalamışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin