PSJ-dən səfərdə inamlı qələbə
Fransa çempionatında 34-cü tura yekun vurulub.
Komanda.az xəbər verir ki, turun əksər oyunları son günə təsadüf edib.
“Monako” səfərdə “Anje”yə qalib gəlibsə, “Loryan” “Brest”i məğlub yola salıb. “Nant” isə evdə “Strasburq”a uduzub. Lion “Olimpik”inin “Monpelye” ilə 9 qolluq görüşündə meydan sahibləri qalib gəliblər. Lider PSJ də səfərdə “Trua”ya qalib gəlib.
Hazırda 78 xala malik PSJ vahid liderdir. “Lans” 72 xalla ikinci, Marsel “Olimpik”i i70 xalla üçüncü pillədə qərarlaşıb. “Monako”nun 64, “Lill”in 59, “Renn” və Lion “Olimpik”inin 56 xalı var.
Fransa, Liqa 1
34-cü tur
6 may
Nitsa – Renn 2:1
Qol: Laborde, 50. Moffi, 72 – Buriqe, 78.
Reyms – Lill 1:0
Qol: Munetsi, 21.
Lans – Olimpik (Marsel) 2:1
Qol: Fofana, 42. Openda, 60 – Payet, 88.
7 may
Anje – Monako 1:2
Qol: Sima, 64 – Qolovin, 45. Boadu, 60.
Ayaçço – Tuluza 0:0
Oser – Klermon 1:1
Qol: Ture, 36 – Xaui, 54.
Loryan – Brest 2:1
Qol: Kone, 32; 51 – Del Kastilyo, 69-pen.
Nant – Strasburq 0:2
Qol: Diallo, 27. Diarra, 47.
Olimpik (Lion) – Monpelye 5:4
Qol: Lakasette, 31; 59; 82; 90+9. Lovren, 70 – Vahi, 40; 41; 53; 55.
Trua – PSJ 1:3
Qol: Şavalerin, 83 – Mbappe, 8. Vitinya, 59. F.Ruis, 86.
Bizi Facebook-da izləyin