PSJ-dən Mbappe açıqlaması
PSJ-nin ötən gecə zədələnən futbolçusu Kilian Mbappenin durumuna aydınlıq gəlib.
Komanda.az xəbər verir ki, Fransa kubokunun finalında “Sent-Etyen”lə matçda (1:0) zədələnən 21 yaşlı hücumçu bu gün tibbi müayinədən keçib.
Onun ayaq biləyində çat və sınıq olduğu ehtimal edilsə də, belə problem aşkarlanmayıb. Sadəcə, əzələ ilə bağlı problem var ki, artıq klubun həkimləri müalicəyə başlayıblar. Paris təmsilçisinin mətbuat xidmətindən verilən məlumata görə, Mbappe 72 saat sonra təkrar müayinədən keçəcək.
Qeyd edək ki, PSJ Mbappenin avqustun 12-də Çempionlar Liqasının 1/4 finalında “Atalanta”ya qarşı keçirəcəkləri görüşdə iştirak edə bilməməsindən narahatdır.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin