PSJ-də son 11 ilin ən pis startı

Fransa çempionu PSJ Liqa 1-in 14-cü turu çərçivəsində doğma meydanda Lion “Olimpik”i ilə ev oyununda 0:1 hesablı məğlubiyyətlə üzləşib.

Komanda.az xəbər verir ki, 14 oyunda 4 dəfə məğlub olan, 1 heç-heçəyə razılaşan Paris təmsilçisi hazırda 28 xalla 3-cü pillədə qərarlaşıb.

Düzdür, PSJ-ni ilk iki pilləni bölüşən “Lill” və Lion “Olimpik”indən cəmi 1 xal ayırır. Amma 14 oyuna 28 xalla bu komandanın son 11 ildəki ən pis göstəricisidir. Sonuncu dəfə parislilər 2009/10 mövsümündə belə başlanğıcla yadda qalıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button