PSJ-də Mbappe müəmması davam edir

PSJ-nin hücumçusu Kilian Mbappe komandanın baş məşqçisi Luis Enrikeyə bütün diqqətini klubla olan müqaviləsinin son ilinə yönəltdiyini və bunu tam şəkildə tamamlamaq istədiyini bildirib.

Komanda.az AS-a istinadən xəbər verir ki, 24 yaşlı futbolçu 2024-cü il üçün fəaliyyət planının nə olduğunu açıqlamayıb.

Daha əvvəl bildirilmişdi ki, Paris klubunun sahibi Nasser Əl-Xələfi futbolçuya yalnız yeni müqavilə imzalayacağı təqdirdə, komandanı rahatlıqla tərk etməyə icazə verəcək. Əks halda, Mbappe bu ilin yay transfer pəncərəsində satışa çıxarılacaq və klubdan uzaqlaşdırılacaq.

PSJ Mbappeni 200 milyon avroya satmağa hazırdır. O, müqaviləni yeniləməsə, bu məbləğ qarşılığında bütün təkliflər qəbul ediləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button