PSJ-də ara qarışdı – Klub rəsmisi ilə mübahisə etdi

PSJ Fransa çempionatının 23-cü turunda “Monako”ya məğlub olub (1:3).

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, həmin matçdan sonra paytaxt təmsilçisinin hücumçusu Neymar klubun idman direktoru Luis Kamposla mübahisə edib.

Öncədən “sambaçı”nın “Monako” ilə görüşdə Paris təmsilçisinin bəzi futbolçularının oyun tərzindən narazı olduğu bildirilirdi.

PSJ hazırda Liqa 1-də 54 xalla liderdir. “Monako” isə 47 xalla ilk üçlüyü tamamlayır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button