Uilyams uğrunda mübarizəyə daha bir klub qoşulub
PSJ heyətini gücləndirmək üçün fəal işləyir.
Komanda.az “Transfer News Live”-a istinadən xəbər verir ki, Paris nəhəngi “Atletik”dən Niko Uilyamsı transfer etmək üçün yarışa girib. Parislilər artıq 22 yaşlı futbolçu ilə bağlı ilk təmaslara başlayıb.
Uilyamsın adı “Barselona” ilə sıx əlaqələndirilir. Kataloniya klubunun onu “Atletik”dən 58 milyon avroya almaq variantını aktivləşdirməyə hazır olduğu bildirilirdi.
Niko Uilyams İspaniya millisinin heyətində Avropa çempionatında çıxış edib. Finalda İngiltərəni 2:1 hesabı ilə məğlub edən ispanlar turnirin qalibi olublar.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin