PSJ-də Neymar şoku – 4 həftə olmayacaq

Futbol üzrə Braziliya yığmasının hücumçusu Neymarın Nigeriya ilə yoxlama oyununda zədə aldığını xəbər vermişdik.

Komanda.az xəbər verir ki, artıq 27 yaşlı ulduz futbolçunun durumuna aydınlıq gəlib.

Bu gün ətraflı həkim müayinəsindən keçən hücumçunun zədəsinin ciddi olduğu müəyyənləşib. Həkimlərin rəyinə əsasən, Neymar azı 4 həftə yaşıl meydanlardan kənarda qalmalıdı.

Bu barədə onun formasını geyindiyi Fransanın PSJ klubu məlumat yayıb. Paris təmsilçisi artıq onun müalicəsinə start verildiyini bəyan edib.

Neymar PSJ-nin “Brügge” ilə Çempionlar Liqası, “Nitsa”, “Marsel”, “Dijon” və “Brest”lə çempionat oyunlarında komandasına kömək edə bilməyəcək.

Xatırladaq ki, Neymar Nigeriya ilə oyunun 12-ci dəqiqəsində aldığı zədə səbəbindən erkən əvəzlənmişdi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button