“Çelsi”nin hücumçusu Fransa klubuna keçə bilər
“Çelsi”nin hücumçusu Kristofer Nkunku Fransa çempionatına keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, PSJ forvardla maraqlanır, lakin məsələ hələ ki, rəsmi təkliflərə çatmayıb. Lakin “Çelsi” Nkunku ilə ayrılmaq istəmir. Bu transfer yalnız fransalı futbolçunun istəyi ilə mümkün ola bilər.
27 yaşlı hücumçu bu mövsüm İngiltərə Premyer Liqasında 18 oyun keçirib, 2 qol vurub və bir məhsuldar ötürmə edib. Onun İngiltərə klubu ilə hazırkı müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin