PSJ braziliyalısıyla “nikah təzələyəcək”

PSJ futbolçusu Dani Alvesin müqaviləsinin müddətini artıracaq.

Komanda.az xəbər verir ki, Paris təmsilçisi 35 yaşlı müdafiəçiylə 1+1 illik sözləşmə imzalayacaq. Bu barədə Fransa mətbuatı məlumat yayıb.

Alvesin hazırki müqaviləsinin müddəti mövsümün sonunda bitir.

Karyerası ərzində “Sevilya”, “Barselona”, “Yuventus” kimi klublarda forma geyinən Alves, 2017-ci ildən PSJ-dədir. Braziliyalı müdafiəçi bu mövsüm 20 qarşılaşmada iştirak edərək, 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button