PSJ braziliyalısını itirdi
Fransa çempionu PSJ ciddi itki ilə üzləşib.
Komanda.az xəbər verir ki, Paris klubunun müdafiəçisi Daniel Alves Liqa 1-in son turunda Marsel “Olimpik”i ilə oyunda zədələnib.
Fransa mətbuatının məlumatına görə, Alvesin zədəsi ciddidi. Onun ən az bir ay yaşıl meydanlardan uzaq qalacağı bildirilir.
Braziliyalı futbolçu 3:1 hesabıyla qalib gəldikləri bu matçın ilk yarısında zədə almış və 31-ci dəqiqədə əvəzlənmişdi.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin