PSJ-nin müdafiəçisi Səudiyyə Ərəbistanı klubuna keçə bilər
Braziliya millisinin və PSJ-nin müdafiəçisi Markinyos Avropanı tərk edərək Səudiyyə Ərəbistanı çempionatına keçə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, 30 yaşlı futbolçunun xidmətində adı açıqlanmayan Səudiyyə Ərəbistanı klubu maraqldır. Markinyosun transfer dəyəri 50 milyon avro qiymətləndirilir. Onun parislilərlə müqaviləsi 2028-ci ilin ortalarına qədərdir.
Braziliyalı futbolçu ötən mövsüm PSJ ilə 36 oyunda iştirak edib, 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin