PSJ 450 azarkeşin biletini blokladı

PSJ Fransa çempionatının 34-cü turunda “Trua” ilə qarşılaşacaq.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, Paris klubunun rəhbərliyi azarkeşlərin həmin oyuna getməsini qismən məhdudlaşdırıb.

Matça 900 PSJ fanatının getməsi nəzərdə tutulurdu. Lakin PSJ “Collectif Ultras Paris” fanklubunun 450 üzvünün biletini bloklayıb. Buna səbəb həmin azarkeşlərin etiraz aksiyalarında fəal iştirakı olub.

Mayın 3-də “Collectif Ultras Paris”in üzvləri klubun ofisinin qarşısına toplaşıb və komandada dəyişikliklər tələb ediblər. Onlar prezident Nasser Əl-Xələfinin, baş məşqçi Kristof Qaltenin, hücumçular Lionel Messi və Neymarın ünvanına təhqiramiz ifadələr səsləndiriblər. Daha sonra etiraz aksiyası Neymarın evinin önündə davam etdirilib.

“Trua” – PSJ matçı bu gün, saat 22:45-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button