PSJ 3 xalı 5 cavabsız qolla qazandı
Fransa çempionatında 15-ci turun oyunları keçirilir.
Komanda.az xəbər verir ki, bu gün daha 7 qarşılaşma baş tutub.
“Monpelye” – “Reyms” və “Strasburq” – “Loryan” matçlarında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Dörd qolun qeydə alındığı “Nant” – “Ayaçço” matçı da bərabərliklə başa çatıb. “Brest” “Trua”nı, “Lill” “Anje”ni məğlub yola salıb. “Monako” isə Marsel “Olimpik”i ilə ev oyununda xalsız qalıb. Lider PSJ də “Oser”lə ev oyununda 5 cavabsız qola sevinib.
15 turdan sonra 41 xala malik PSJ vahid liderdir. “Lans” 36 xalla ikinci, “Renn” 31 xalla üçüncüdür.
Fransa, Liqa 1
15-ci tur
11 noyabr
Olimpik (Lion) – Nitsa 1:1
Qol: Lakazette, 89-pen – Pepe, 38-pen.
12 noyabr
Lans – Klermon 2:1
Qol: Said, 60. Fofana, 68 – Abdul Samed, 39-öz qapısına.
Renn – Tuluza 2:1
Qol: Buriqe, 25. Kalimuendo, 58 – Dallinqa, 55.
13 noyabr
PSJ – Oser 5:0
Qol: Mbappe, 11. Soler, 51. Hakimi, 57. R.Sançes, 81. Ekitike, 84.
Brest – Trua 2:1
Qol: Del Kastilyo, 55-pen. Munye, 77-pen – Şardonne, 60-öz qapısına.
Lill – Anje 1:0
Qol: Djalo, 36.
Monpelye – Reyms 1:1
Qol: Delaye, 90+1 – Munetsi, 87.
Nant – Ayaçço 2:2
Qol: Blas, 70. Simon, 89 – Belaili, 57. Hamuma, 66.
Strasburq – Loryan 1:1
Qol: Diallo, 87 – Moffi, 5.
Monako – Olimpik (Marsel) 2:3
Qol: Ben Yedder, 45-pen. Volland, 72 – A.Sançes, 35. Veretu, 83. Kolaşinaç, 90+7.
Bizi Facebook-da izləyin