PSJ 3 futbolçunu azarkeşlərin qəzəbindən qorumaq üçün hərəkətə keçdi

PSJ narazı azarkeşlərindən qorunmaları üçün futbolçuların təhlükəsizliyini təmin etmək məqsədi ilə tədbirlər görüb.

Bundan əvvəl PSJ-nin ultras qrupu rəhbərliyin istefasını tələb edərək, klubun ofisinin qarşısına gəlmişdi. Onlar Lionel Messi, Neymar, Marko Verratti və klub prezidenti Nasser Əl-Xələfini klubdan getməyə çağırıblar. Azarkeşlər həmçinin Messini təhqir ediblər. Bundan sonra azarkeşlər Neymarın evinin önünə gedərək, “Neymar, çıx get!” deyə, şüarlar səsləndiriblər.

Komanda.az “RMC Sport”-a istinadən xəbər verir ki, bu hadisədən sonra PSJ klubun bazasında təhlükəsizliyi gücləndirib.

Bundan əlavə, azarkeşlərin qəzəbinə daha çox tuş gələn Messi, Neymar və Verrattinin evlərinin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button