Proqnoz: İngiltərənin çempionu “Mançester Siti” olacaq!

“FiveThirtyEight”-dan olan superkompüter İngiltərə Premyer Liqasının 2022/2023 mövsümünün yekun durumunu proqnozlaşdırıb.

Komanda.az xəbər verir ki, süni intellektə görə, bu il İngiltərənin çempionu hazırda turnir cədvəlində ikinci yerdə qərarlaşan “Mançester Siti” olacaq. “Şəhərlilər”in çempionluq şansı 77 faizdir.

Superkompüterin versiyasına görə, turnir cədvəlinin hazırkı lideri “Arsenal” isə çox güman ki, yalnız gümüş medallar qazanacaq. “Topçular”ın titul qazanmaq şansı 23 faizdir – “Mançester Siti”dən 3,35 dəfə azdır.

“Sauthempton”un (88 faiz), “Nottingem Forrest”in (83 faiz) və “Everton”un (58 faiz) Premyer Liqadan düşmək ehtimalları daha çoxdur.

“Arsenal” hazırda Premyer Liqada 75 xalla liderdir və “Mançester Siti”ni 5 xal qabaqlayır. Lakin “şəhərlilər”in ehtiyatda iki oyunu var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button