Prokuror “Juventus”un 11 xalının silinməsini tələb edir

İtaliyanın “Yuventus” klubu A Seriyasında 11 xaldan məhrum ola bilər.

Komanda.az “TuttomercatoWeb”-ə istinadən xəbər verir ki, bu dəqiqələrdə İtaliya Futbol Federasiyasının Apellyasiya Məhkəməsinin iclası keçirilir. Məhkəmədə Turin klubunun qondarma kapital qazanması məsələsinə baxılır.

Prokuror Cüzeppe Çine “qoca sinyora”nın turnir cədvəlindəki hesabından 11 xalın çıxarılmasını, klubun keçmiş rəhbərlərinin isə 8 ay müddətinə futboldan uzaqlaşdırılmasını tələb edib.

Hazırda “Yuventus” A Seriyasının turnir cədvəlində 2-ci yerdədir. Komandanın 35 oyundan sonra 69 xalı var.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button