Premyer Liqanın 3 klubu Neymarı istəyir

PSJ-nin braziliyalı hücumçusu Neymar karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Komanda.az “Fichajes”-ə istinadən xəbər verir ki, futbolçunun xidmətində “Mançester Siti”, “Mançester Yunayted” və “Çelsi” maraqlıdır.

PSJ-nin yaxşı təklif alınacağı təqdirdə, Neymarla ayrılmağa hazır olduğu bildirilir.

31 yaşlı braziliyalı forvard bu mövsüm PSJ-nin heyətində 20 oyuna çıxıb, 13 qol vurub və 11 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button