Premyer Liqada noyabrın ən yaxşıları portuqaliyalılar oldu
Futbol üzrə İngiltərə Premyer Liqasında noyabrın ən yaxşı futbolçusu müəyyənləşib.
Komanda.az xəbər verir ki, “Mançester Yunayted”in yarımmüdafiəçisi Bruno Fernandes ötən ayın ən yaxşısı elan olunub.
Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb. Portuqaliya yığmasının üzvü noyabrda meydana çıxdığı 4 çempionat matçında 4 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Noyabrın ən yaxşı baş məşqçisi isə “Tottenhem”in çalışdırıcısı Joze Mourinyo olub. 57 yaşlı portuqal mütəxəssisin komandası ötən ay 4 oyundan 3-də qalib gəlib, 1 heç-heçəyə razılaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin