Premyer Liqada mövsümün ən böyükhesablı nəticəsi təkrarlanıb

Azərbaycan Premyer Liqasında 2024/2025 mövsümünün ən böyükhesablı nəticəsi təkrarlanıb.

Komanda.az Peşəkar Futbol Liqasının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, 22-ci turda “Qarabağ”ın “Səbail”i 5:0 hesabı ilə məğlub etdiyi matçda reallaşıb.

Mövsümdə 3-cü dəfə bir komanda 5 top fərqi ilə qələbə qazanıb. Əvvəlki iki matçda olduğu kimi, yenə “Qarabağ” fərqlənib.

Ağdam klubu 2024-cü il oktyabrın 18-də səfərdə “Kəpəz”i, dekabrın 16-da evdə “Sumqayıt”ı eyni – 5:0 hesabı ilə məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button