“Vallah, belə getdikcə çempionatın başlamasına ümidimizi itiririk” -açıqlama
Azərbaycanda yayılan koronavirus pandemiyası Premyer Liqada mövsümün dayanmasına səbəb olub.
PFL bir müddət əvvəl cari mövsümün mayın 23-də bərpa oluna biləcəyini açıqlasa da, turnir yenidən təxirə salına bilər. Buna səbəb, ölkədə karantin rejiminin uzadlılması və 31 maya qədər idman fəaliyyətlərinə qoyulan qadağanın aradan qalxmamasıdır.
Premyer Liqada mövsümün taleyi və çempionatın mümkün bərpası haqda “Səbail”in baş məşqçisi Aftandil Hacıyevlə danışdıq. Komanda.az-a açıqlama verən Hacıyev, mayın ortasına kimi məşqlərin bərpa olunmasını istədiyini deyir:
“Vallah, belə getdikcə çempionatın başlamasına ümidimizi itiririk. Ancaq hələ də gec deyil. Mayın ortalarına kimi məşqlərə başlasaq, düşünürəm ki, mövsümü tamamlamaq olar. Ancaq yox, mayın ortasını keçsə və biz məşqə başlamasaq, çempionatı davam etdirmək çətin olacaq”.
Şahin Cəfərov
Bizi Facebook-da izləyin