Premyer Liqada mart ayının ən yaxşı futbolçusu
İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı futbolçusu məlum olub.
Komanda.az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, “Tottenhem”in hücumçusu Harri Keyndir. O, Metti Keş (“Aston Villa”), Trevo Çalobah, Kay Havertz (hər ikisi “Çelsi”), Deyan Kuluşevski (“Tottenhem”), Endryu Robertson (“Liverpul”), Bukayo Saka (“Arsenal”) və İvan Toneyi (“Brentford”) qabaqlayıb.
Keyn mart ayında 4 oyunda 4 qol vurub və 2 məhsuldar ötürmə verib.
Keyn 7-ci dəfə ayın ən yaxşısı seçilib. Bununla da, o, “Mançester Siti”nin keçmiş futbolçusu Serxio Aqueronun rekordunu təkrarlayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin