“Premyer Liqada gözlənilən hədəflərimiz var” – Ten Haq

“Mançester Yunayted”in baş məşqçisi Erik Ten Haq çətinliklərin öhdəsindən gəlmək üçün nəyi təkmilləşdirməli olduğunu bilir.

“Qırmız şeytanlar”ın “Tottenhem”ə son turdakı məğlubiyyəti (0:3) Ten Haqın işdən çıxarılması ilə bağlı yeni bir danışıq dalğasına səbəb olub.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, niderlandlı çalışdırıcı Premyer Liqada gözlənilən hədəflərinin olduğunu bildirib:

“Biz çoxlu şanslar yaradırıq. Premyer Liqada gözlənilən hədəflərimiz var. Rəqiblər cərimə meydançasında rahat hərəkət etməyimizə imkan vermirlər, bu mövqedə daha da amansız olmalıyıq. Hücumçularımız buna qadirdir”.

“Mançester Yunayted” İngiltərə Premyer Liqasının 6 turundan sonra 7 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button